Tramp 8 may və 11 noyabr tarixlərini Qələbə günü elan etdi

ABŞ-nin prezidenti Donald Tramp mayın 8-ni İkinci Dünya Müharibəsində Qələbə Günü kimi rəsmi şəkildə tanıdığını bəyan edib.
Təhlil.az xəbər verir ki, o, bu barədə xüsusi müraciətində bildirib.
Tramp vurğulayıb ki, bir çox müttəfiq ölkələr artıq 8 may tarixini Qələbə Günü kimi qeyd edir və Amerika da öz tarixi zəfərlərini yenidən bayram etməyə başlamalıdır.
"Bir çox müttəfiqlərimiz və dostlarımız 8 mayı Qələbə Günü kimi qeyd edirlər. Amma məhz biz — ABŞ bu müharibədə hər kəsdən daha çox, müqayisəedilməz dərəcədə böyük rol oynamışıq", – deyə o, qeyd edib.
Tramp həmçinin 11 noyabr tarixini Birinci Dünya Müharibəsində Qələbə Günü kimi elan edib.
"Biz hər iki dünya müharibəsində qalib gəlmişik. Heç kim bizim gücümüzə, cəsarətimizə və hərbi bacarığımıza yaxın belə düşə bilməz. Amma artıq biz heç bir zəfəri qeyd etmirik – çünki bu işi bacaran liderlərimiz yoxdur. Vaxtıdır – zəfərlərimizi yenidən qeyd etməyə başlamalıyıq!" – deyə, ABŞ prezidenti əlavə edib.