01 may
İsrail meşə yanğınlarına görə ilk Azərbaycandan kömək istədi

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Qüds yaxınlığında baş verən güclü meşə yanğınlarının söndürülməsi üçün ölkəsi 13 dövlətdən hava dəstəyi ilə bağlı yardım istəyib.
Təhlil.az xəbər verir ki, İsrailin yardım istədiyi ölkələr sırasında Azərbaycan da olub.
İsrailin XİN başçısı da qeyd edib ki, dəstək üçün əlaqə saxlanılan ölkələr arasında Azərbaycanla yanaşı, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveç var.
Məlumat üçün bildirək ki, hazırda İsraildə vəziyyət ciddi olaraq qalır, güclü külək yanğının sürətlə yayılmasına səbəb olur. Təcili yardım xidmətləri və xüsusi aviasiya alovun qarşısını almaq üçün səfərbər edilib.