01 may

6 qollu oyunda qalib müəyyənləşmədi

Şəkil: "REUTERS"

Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib. "Barselona" Simon İnzaqinin "İnter"ini qəbul edib.

Markus Türam elə 1-ci dəqiqədə meydan sahiblərini şoka salıb. Hans-Dieter Flikin yetirmələri özünə gəlməmiş qonaqlar 2-ci qolu vurub. Bu dəfə, matçın 21-ci dəqiqəsində Denzel Dyumfris fərqlənib. Buna baxmayaraq, Kataloniya təmsilçisi toparlanmağı bacarıb. 24-cü dəqiqədə Lamin Yamal, 38-ci dəqiqədə Fernan Torres adını tabloya yazdırıb və komandalar fasiləyə 2-2 hesablı heç-heçə ilə yollanıblar.

İtalyanlar 2-ci hissədə yenidən hesabda önə keçiblər. Dyumfris dublunu rəsmiləşdirib. Bu qoldan cəmi iki dəqiqə sonra Rafinya qüvvətli zərbə ilə topu "İnter"in qapısından keçirib və Yan Sommerin avtoqolu kimi qeydə alınan bu qol qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib, 3-3. 

Qeyd edək ki, cavab oyunu mayın 6-da keçiriləcək.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.