İran və ABŞ nümayəndələri danışıqlara başlayır

İranın xarici İşlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti ABŞ nümayəndələri ilə danışıqların keçiriləcəyi yerə gedib.
Təhlil.az xəbər verir ki, ABŞ və İran arasında dolayı danışıqların üçüncü raundu Oman paytaxtı Maskatda baş tutacaq. Oman hakimiyyəti bu prosesdə vasitəçilik missiyasını həyata keçirir və danışıqlar İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli məqsədi daşıyır.
Şənbə günü yüksək səviyyəli siyasi danışıqların başlanacağı, bununla paralel olaraq ekspertlərin texniki məsləhətləşmələrinin keçiriləcəyi bildirilib.
Siyasi danışıqlarda İran nümayəndə heyətinə Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edəcək. Texniki məsləhətləşmələrdə ABŞ ekspert qrupuna Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton rəhbərlik edəcək. İran tərəfdən isə məsləhətləşmələrdə Xarici İşlər nazirinin müavinləri Məcid Taxt-Rəvənçi və Kazım Qaribabadi iştirak edəcək.