26 aprel
Paşinyan gözlənilmədən seçkilərə hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərinə hələ bir ildən çox vaxt qalmasına baxmayaraq, artıq yeni seçki siyahısının hazırlanmasına başlayıb.
Təhlil.az xəbər verir ki, siyahının tərtibində ciddi meyarlar nəzərdə tutulmur – əsas seçim kriteriyası "liderin iradəsi" olacaq.
Bildirilir ki, hazırda parlamentdə təmsil olunan "Vətəndaş Müqaviləsi" fraksiyasının təxminən 80 faizi yenilənəcək. Bir çox indiki deputatlar növbəti siyahıya düşməyəcək.
İddialara görə, Nikol Paşinyan tanınmayan şəxslərdən ibarət tam yeni komanda təqdim etməyi və bununla da seçiciləri inandıraraq daha bir dəfə dəstək qazanmağı planlaşdırır. Yeni heyət "Real Ermənistan" adı altında çıxış edə bilər.