26 aprel

Tramp bu gün Zelenski ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin Romada görüşü baş tuta bilər.

Təhlil.az xəbər verir ki,  görüşün ABŞ prezidentinin yerləşdiyi “Taverna” villasında – Romadakı ABŞ səfirinin iqamətgahında keçirilməsi ehtimal olunur. Hər iki lider Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın paytaxtına səfər edib.

Qeyd edək ki, Trampın Romada qalma müddəti cəmi 15 saatla məhdudlaşır və o, dəfn mərasimindən dərhal sonra şəhəri tərk edəcək.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.