26 aprel

Dünya liderləri Papanın dəfninə yığışır - FOTOLAR

Bu gün Papa Fransiskin dəfn mərasimi keçiriləcək.

Təhlil.az xəbər verir ki, Papanın vəsiyyətinə görə, o, Romanın mərkəzindəki Santa Maria Maggiore bazilikasında torpağa tapşırılacaq və bir əsrdən artıq müddətdə Vatikandan kənarda dəfn edilən ilk pontifik olacaq.

Artıq dünya liderləri dəfn mərasimində iştirak etmək üçün Romaya səfər edib.

Onlar arasında ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya, Fransa Prezidenti Emmanuel Makron, Ukraya Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də var. 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.