25 aprel

Pakistan ordusunu Hindistanla sərhədə göndərir

Pakistanda ordu Hindistanla artan hərbi gərginlik səbəbindən döyüş hazırlığını tam təmin edib.

Təhlil.az xəbər verir ki, Pakistan Silahlı Qüvvələri döyüş hazırlığını artırmaq məqsədilə təlimlər keçirib.

"Telegram" kanallarında yayılan iddiaya görə, Pakistan ordusunun hərbi texnika və şəxsi heyətinin Hindistan sərhədinə doğru hərəkət etdiyi videolar yayılıb. Videolarda konvoyların Ravalpindi şəhərindən keçdiyi görünür.

Eyni zamanda, Pakistan ordusunun hərbçiləri Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələrinin (BSF) bir əsgərini saxlayıblar. Hərbi qulluqçu, Pakistana keçdikdən sonra tutulub. Yüksək rütbəli bir rəsmi, 182-ci alaydan olan BSF əsgərinin Kasur bölgəsində sərhədi keçdikdən sonra saxlanıldığını təsdiq edib. Hindistan mətbuatı isə, konstebl P.K. Singh-in, forma geyinib və silahı ilə, kölgədə dincəlmək üçün dayandığını və "istəmədən" sərhədi keçdiyini, buna görə də saxlanıldığını iddia edib.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.