25 aprel
Azərbaycan vətəndaşı Moldovada saxlanılıb

Moldovada Rusiya tərəfindən İnterpol vasitəsilə axtarılan Azərbaycan vətəndaşı saxlanılıb.
Təhlil.az xəbər verir ki, o, Rusiyanın Leninqrad bölgəsinin Şlisselburq şəhərində silahlı insidentə və qanunsuz silah ticarətinə qarışmaqda ittiham olunur.
Azərbaycan vətəndaşı Ukrayna ilə sərhəd yaxınlığında saxlanılıb. Onun ekstradisiyası üçün prosedur həyata keçirilir.