25 aprel

ABŞ və İsrailin yeni ümidi: Prezident İlham Əliyevin sabitlik missiyası

ABŞ və İsrail Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi regionun əsas oyunçuları arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa qadir unikal fiqur kimi qiymətləndirirlər.

Təhlil.az xəbər verir ki, bu barədə İsrailin Ynet nəşri yazır.

Yazıda qeyd edilir ki, may ayının əvvəlində İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi səfərlə Bakıya gəlməsi planlaşdırılır. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bu səfər Vaşinqton və Tehran arasında nüvə danışıqlarının yenidən başladığı bir vaxtda baş tutur və gözlənilir ki, əsas müzakirə mövzularından biri Suriyada Türkiyənin hərbi mövcudluğu ilə bağlı aparılan danışıqlar olacaq.

Bildirilir ki, səfər proqramına həmçinin Azərbaycanın İsraillə ikitərəfli əlaqələrin genişləndirilməsi və Bakının Mərkəzi Asiyada təsirinin artırılması da daxildir. Görüşdən öncə ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffun səfəri baş tutub və bu səfər zamanı Azərbaycan regionda sabitliyin bərqərar olunmasında vasitəçi kimi çıxış edib.

“Məqalədə qeyd olunur ki, son zamanlar Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyanın yeni prezidenti Məhəmməd Əş-Şərraa ilə danışıqlar aparıb və bu da onun regionda əsas oyunçu kimi rolunu daha da gücləndirib. ABŞ və İsrail Prezident İlham Əliyevi regionun əsas oyunçuları arasında fikir ayrılıqlarını aradan qaldıra biləcək unikal fiqur kimi görürlər”, — deyə Ynet yazır.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.