10 aprel
Ermənistan parlamentinin sədri Sankt-Peterburqa gedir

Ermənistan parlamentinin sədri Alen Simonyan MDB Parlamentlərarası Assambleyası Şurasının işində və plenar iclaslarında iştirak etmək üçün Sankt-Peterburqa gedəcək.
Təhlil.az Erməni mediasına istinadla xəbər verir ki, Simonyan aprelin 16-19-da Ermənistan parlamentinin iki deputatı ilə birlikdə Rusiyaya səfər edəcək.
Qeyd edək ki, Simonyon Paşinyan komandasının ən qatı antirusiya kadrı hesab edilir.