24 aprel
12 ştat Tramp administrasiyasını məhkəməyə verib

ABŞ-ın 12 ştatı prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi yüksək tarifləri dayandırmaq üçün məhkəməyə müraciət edib.
Təhlil.az xəbər verir ki, xarici medianın məlumatına görə, Nyu Yorkdakı ABŞ Beynəlxalq Ticarət Məhkəməsində açılan iddiada ştatlar Tramp administrasiyasının yüksək tarif siyasətlərinin qanunsuz olduğunu iddia edərək, bu tətbiqlərin Amerika iqtisadiyyatına xaos gətirdiyini qeyd edib.