24 aprel
Tramp və Putin görüşü nə zaman keçiriləcək?

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşməyəcəyini, lakin 2025-ci ilin may ayında Yaxın Şərqə səfərindən dərhal sonra belə bir görüşün baş tuta biləcəyini istisna etmir.
Təhlil.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: "Putinlə görüş mümkündür, amma yəqin ki, Səudiyyə Ərəbistanında yox. Fikrimcə, biz səfərdən qısa müddət sonra görüşəcəyik”.
Qeyd edək ki, Ağ Ev çərşənbə axşamı bildirib ki, Tramp 13-16 may tarixlərində Yaxın Şərqə səfər edəcək. Səfər çərçivəsində onun Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə baş çəkməsi planlaşdırılır.