24 aprel
Paşinyanın Ermənistanda Azərbaycan bayrağını yandıranlara reaksiyası

Baş nazir Nikol Paşinyan Yerevanda ötən axşam keçirilmiş məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını provokasiya adlandıraraq bu hərəkəti qınayıb.
Təhlil.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan “Armenpress” agentliyinə açıqlamasında bildirib.
“Baş nazir Paşinyan bu cür hərəkətləri məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınan, xüsusən də qonşu ölkələrin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribat və təhrik xarakterli bir addımdır”, – deyə Baqdasaryan vurğulayıb.