24 aprel

Zəlzələyə görə məktəb və universitetlərdə dərslərə fasilə verildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərmərə dənizində baş verən və İstanbul da daxil olmaqla bir sıra bölgələrdə hiss olunan zəlzələ ilə bağlı xalqı sakitləşdirəcək açıqlama verib.

Təhlil.az xəbər verir ki, AFAD-ın (Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi) İstanbul regional qərargahında keçirilən geniş iclasdan sonra mətbuata çıxan prezident, zəlzələnin heç bir insan itkisinə səbəb olmadığını bəyan edib.

"Bu gün Mərmərə dənizində baş verən və İstanbulla yanaşı ətraf vilayətlərdə də hiss edilən 6,2 bal gücündəki zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırıram. Biz AFAD-ın İstanbul regional ofisində vəziyyəti dərindən müzakirə etdik. Görülmüş tədbirlər və atılacaq addımlar barədə geniş məlumat aldıq. Günorta saatlarından bu yana aparılan yoxlamalar nəticəsində ciddi bir fəsad aşkar edilməyib və xoşbəxtlikdən, həyat itkisi qeydə alınmayıb", – deyə Ərdoğan vurğulayıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində İstanbul Valiliyi sakinlər üçün əlavə ehtiyat tədbirləri görüb. Məktəb həyətləri və məscidlər gecəni evlərində keçirmək istəməyən vətəndaşların istifadəsinə verilib. Eyni zamanda, məktəblərdə və universitetlərdə dərslərə iki gün fasilə elan olunub.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.