23 aprel

Zəlzələdən sonra: İnsan itkisi yoxdur, uçuş enmə zolaqları yoxlanılacaq

İstanbulda baş verən zəlzələ nəticəsində insan itkisi qeydə alınmayıb. Təhlil.az Türkiyə mediasında yer alan İstanbul Valiliyinin məlumatına istinadla xəbər verir ki, yüksəklikdən təlaşla özünü atma səbəbilə xəsarət alan 151 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir. Onların həyati təhlükəsi yoxdur.

Fatih rayonu ərazisində yerləşən tərk edilmiş bir bina uçub. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Təhlükəsizlik məqsədilə İstanbul və Sabiha Gökçən hava limanlarında uçuş-enmə zolaqları yoxlanılacaq. Bununla əlaqədar olaraq, qeyd olunan aeroportlara enməkdə olan təyyarələr manevr edib.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.