10 aprel

Azərbaycan musiqisi Fransa festivalının anonsunda - VİDEO

Fransanın məşhur caz festival olan “Jazz à Saint-Germain-des-Prés Paris”in anonsunda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” filmi üçün bəstələdiyi musiqiyə müraciət edilib.

Təhlil.az-ın məlumatına görə, 2001-ci ildən keçirilən festivalın tarixində ilk dəfədir ki, anonsunda  Azərbaycan musiqisinə yer verilir.

Qeyd edək ki, 2025-ci il mayın 16-da keçiriləcək festivalda azərbaycanlı pianoçu və bəstəkar Etibar Əsədli səhnə alacaq.

Əlavə məlumat üçün bildirək ki, azərbaycanlı pianoçu Etibar Əsədli müxtəlif beynəlxalq caz və klassik musiqi müsabiqələrinin laureatıdır. 2015-ci ildə o, Parisə köçmüş və daha sonra "Muğam" adlı albomunu çıxarmışdır. 

 

 

 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.