23 aprel
Rusiya-Ukrayna münaqişəsinin həlli üçün son tarix: 30 aprel

Financial Times qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında sülh müqaviləsinin imzalanmasını 30 aprelə qədər təmin etmək istəyir. Məlumatı anonim qalmaq şərti ilə danışan amerikalı rəsmilər açıqlayıb.
Təhlil.az xəbər verir ki, mətbuatda qeyd edilir ki, Trampın əsas məqsədi özünü sülh müdafiəçisi kimi möhkəmləndirməkdir. O, daha əvvəl etdiyi vədini yerinə yetirərək, dövlət başçısı olaraq işə başladığı ilk 100 gün ərzində bu münaqişəni həll etməyi vəd etmişdi. Trampın bu addımının onun beynəlxalq aləmdəki statusunu gücləndirəcəyi düşünülür.