23 aprel

Bakıda tıxac – Bu yolları seçməyin! - XƏBƏRDARLIQ

Bakının bir sıra əsas magistral və prospektlərində nəqliyyatın hərəkətində ciddi ləngimələr müşahidə olunur. Təhlil.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən əldə etdiyi məlumata əsasən, hazırda aşağıdakı yollar sürücülər üçün problem yaradır:

Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrosu istiqamətində tıxac var.
Tbilisi prospekti – “20 Yanvar” metrosundan mərkəzə doğru hərəkətdə sıxlıq müşahidə olunur.
Yusif Səfərov küçəsi – Mərkəz istiqamətində avtomobil sıxlığı artıb.
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrosuna qədər yol yüklənib.
28 May küçəsi – Puşkin küçəsindən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər tıxac müşahidə olunur.
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospektinə doğru hərəkət ləngiyir.
Heydər Əliyev prospekti – Əsas yolda mərkəzə doğru ciddi tıxac yaşanır.
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər avtomobillər sıx şəkildə hərəkət edir.

Tövsiyə: Bu yolları alternativ marşrutlarla əvəzləmək və ya hərəkət saatını bir qədər təxirə salmaqla vaxt itkisindən yayınmaq mümkündür.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.