Xəzər təhlükədə: Alimlərdən dənizin gələcəyi ilə bağlı şok xəbərdarlıq

Qazaxıstanın "Kazgidromet" Dövlət Elmi-İstehsalat Müəssisəsinin alimlərinin apardığı tədqiqatlara əsasən, Xəzər dənizinin səviyyəsində davamlı azalma müşahidə olunur və bu dinamika 2050-ci ilə qədər dəniz səviyyəsinin mənfi 33 metrə qədər enməsi ilə nəticələnə bilər.
Təhlil.az xəbər verir ki, bu barədə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Mansur Oşurbayev rəsmi açıqlamasında deyib.
O bildirib ki, Xəzər dənizinin səviyyəsinin mənfi 28,5 metr-ə qədər enməsi artıq tarixən həm dənizin ekosistemi, həm də dəniz təsərrüfatı üçün kritik hədd hesab olunur.
"Bu azalma dənizdə bioloji müxtəlifliyə, balıqçılıq fəaliyyətlərinə və regionun iqlim tarazlığına mənfi təsir göstərə bilər," – deyə o əlavə edib.
Mütəxəssislər vəziyyətin nəzarətdən çıxmaması üçün Xəzərətrafı ölkələr arasında əməkdaşlığın və monitorinq fəaliyyətlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.