22 aprel

Çində daha bir yüksək vəzifəli məmur həbs olundu - Antikorrupsiya

Çində daha bir yüksək vəzifəli məmur korrupsiya ittihamı ilə həbs edilib. Təhlil.az TASS-ın məlumatına istinadla xəbər verir ki, Çin Xalq Respublikasının Ali Məhkəməsinin qərarı ilə rüşvətxorluqda şübhəli bilinən Kommunist Partiyasının Mərkəzi Komitəsinin Təşkilat Şöbəsinin intizam yoxlaması və nəzarət qrupunun rəhbəri Li Qan saxlanılıb.

Mərkəzi İntizam Yoxlama Komissiyasının tapşırığı ilə nəzarət fəaliyyətinə cavabdeh olan Li Qan ciddi partiya intizamı və qanun pozuntularına görə Çin Kommunist Partiyasından xaric edilib və vəzifəsindən uzaqlaşdırılıb.

2024-cü ildə Çində 58 yüksək vəzifəli məmura qarşı intizam pozuntuları ilə bağlı araşdırma başladılıb. Onlardan 47-si nazir müavini səviyyəsində və ya daha yüksək vəzifələrdə çalışırdı.

Çin Xalq Respublikasının Sədri Si Cinpin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra korrupsiyaya qarşı mübarizəni gücləndirib. Onun sözlərinə görə, korrupsiya “partiyanın yaşamaq və döyüş qabiliyyətini təhlükə altına alan xərçəng şişidir”. Son illərdə aparılan genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində yüksək vəzifəli şəxslər, iri şirkət rəhbərləri və sıravi məmurlar vəzifələrindən azad edilib və ömürlük həbs cəzasınadək müxtəlif cəzalara məhkum ediliblər.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.