22 aprel

Gömrükdə maaş yeniliyi

Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, Dövlət Gömrük Komitəsinin tərkibində çalışan, lakin dövlət qulluqçusu statusu daşımayan mülki işçilərin aylıq vəzifə maaşları yenidən tənzimlənib.

Təhlil.az xəbər verir ki, müvafiq orqanların və təşkilatların maaş cədvəli Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən ediləcək və qərarın əlavəsində qeyd olunan tariflərə uyğun olacaq.

Maliyyə Nazirliyinə isə tapşırılıb ki, 2025-ci ilin dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsaitlər hesabına maaş artımlarının maliyyələşdirilməsini təmin etsin.

Yeni maaş sistemi 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.