10 aprel

Van Dammın nümayəndəsi aktyorla bağlı gündəmdə olan iddialara cavab verib

Əfsanəvi Hollivud aktyoru Jan-Klod Van Dammın nümayəndəsi Rumıniyada insan alveri şəbəkəsinin xidmətlərindən istifadə etdiyi iddiası ilə aktyora qarşı qaldırılan ittihamları rəsmi şəkildə təkzib edib.

Tehlil.az xəbər verir ki, "People" nəşri məlumat verib.

Məlumata görə, 64 yaşlı ABŞ-li aktyorun agenti bütün ittihamları qəti şəkildə rədd edib.

"Biz Jan-Klod Van Dammın iştirakı ilə Kanndakı mümkün hadisələrin iddia edildiyi məqalələrdən xəbərdar olduq. O bu absurd və əsassız şayiələri şərh etmək və ya onları şaxələndirmək istəyində deyil", - deyə aktyorun nümayəndəsi bildirib.

O, mediada səslənən faktların fantastik olduğunu və heç nə ilə təsdiqlənmədiyini xüsusi vurğulayıb.

Qeyd edək ki, qalmaqal aprelin 2-də bir sıra beynəlxalq mediada "Qanlı idman", "Kikboksçu" və "Universal əsgər" adlı kult filmlərin ulduzunun insan alveri şəbəkəsində iştirakda ittiham olunduğu barədə məlumatların yayılmasından sonra yaranıb. Bu mənbələrin məlumatlarına görə, Van Damm Kannda həssas vəziyyətdə olan beş gənc rumıniyalı qızla vaxt keçirib. Onların arasında azyaşlıların da olduğu iddia edilib. Belə görüşlərdə iştirak etdiyi iddia olunan qızlardan biri bu ittihamları təsdiqləyib.

 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.