22 aprel

Regional təhsil idarələrinə müdir müavinləri təyin edilib

Bir sıra regional təhsil idarələrinə müdir müavini təyin edilib.

Təhlil.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Aynur Rüstəmova Abşeron - Xızı Regional Təhsil İdarəsinin, Rahim Novruzov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Hafiz Pənahov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Hüseyn Hüseynov Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunublar.

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinin icrası Məmmədtağıyev Elminə həvalə edilib.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.