22 aprel

Gəncədə zəhərlənmə ilə bağlı araşdırma başladılıb – 5 nəfər evə buraxıldı

Gəncədə baş verən və beş nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi ilə nəticələnən hadisə nəzarətə götürülüb.

Təhlil.az xəbər verir ki,  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və TƏBİB-in verdiyi məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara start verilib.

22 aprel səhər saatlarında Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən beş nəfərə – dörd qadın və bir kişiyə – mədə-bağırsaq pozğunluğu diaqnozu qoyulub. Pasiyentlərə zəruri tibbi xidmət göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıblar.

Eyni zamanda AQTA-nın Gəncə-Daşkəsən regional bölməsi hadisə ilə bağlı araşdırma aparır. Qurumun mütəxəssisləri və digər aidiyyəti qurumların əməkdaşları mümkün qida zəhərlənməsinin mənbəyini müəyyən etmək üçün müvafiq tədbirlər görürlər.

Hazırda hadisənin konkret səbəbi məlum olmasa da, ilkin ehtimallara görə, qida məhsulu ilə bağlı zəhərlənmə halı istisna edilmir. Rəsmi qurumlar vətəndaşlara ehtiyatlı olmağı və şübhəli qida məhsullarından uzaq durmağı tövsiyə edirlər.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.