22 aprel
Azərbaycanın cüdo yığmasında vacib dəyişiklik: Hidayət Heydərov heyətdən çıxarıldı

Azərbaycan cüdo yığmasının heyətində gözlənilməz dəyişiklik baş verib.
Təhlil.az xəbər verir ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstəlik səbəbindən Monteneqroda keçiriləcək Avropa çempionatını buraxacaq. Həkimlərin qərarına əsasən, tanınmış cüdoçumuz yarışa qatılmayacaq.
Onun yerinə 73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev ölkəmizi təmsil edəcək.
Xatırladaq ki, böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində keçiriləcək və Azərbaycan 15 idmançı ilə (9 kişi, 6 qadın) bu nüfuzlu turnirdə mübarizə aparacaq.