22 aprel
Gəncədə bazardan alınan xiyar ailəni zəhərlədi

Gəncədə bir ailənin beş üzvü qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Təhlil.az xəbər verir ki, zəhərlənənlər 1992-ci il təvəllüdlü Elvin Ramazanov, onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova və onların azyaşlı övladları — 10 yaşlı Rəbiyə, 9 yaşlı Rüqayyə və 3 yaşlı Zeynəb Ramazanlıdır.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
İlkin ehtimallara görə, ailə bazardan alınan xiyardan zəhərlənib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. (qafqazinfo)