22 aprel

AZAL-dan yeni istiqamət: Şımkentə birbaşa uçuşlar

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirir.

Təhlil.az xəbər verir ki, iyunun 28-dən etibarən Bakı-Şımkent-Bakı marşrutu üzrə müntəzəm reyslər həyata keçiriləcək.

Uçuşlar həftədə 3 dəfə – Bakıdan Şımkentə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri olacaq.

Şımkent turistləri tarixi abidələr, qədim məqbərələr və füsunkar parklarla qarşılayır. Biletləri www.azal.az saytından, AZAL tətbiqindən və satış məntəqələrindən əldə etmək mümkündür.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.