22 aprel
Təmir başladı – Bakının iki rayonu qazsız qalacaq

"Azəriqaz” İB-dən verilən məlumata görə, 22 aprel saat 10:00-dan etibarən Bakı şəhərinin Pirallahı və Nəsimi rayonlarında qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Təhlil.az xəbər verir ki, buna səbəb Pirallahıda qaz ölçü qovşaqlarında daraldıcı qurğuların yenilənməsi, Nəsimi rayonunda isə qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsidir.
Qaz verilişində fasilə olacaq ərazilər:
Pirallahı rayonu: Süleyman Bağırov və Fioletov küçələri
Nəsimi rayonu: Ə.Qasımzadə, M.Topçubaşov, C.Məmmədquluzadə, H.Ələsgərov, N.Vəzirov, N.Yusifbəyli, Novruzov qardaşları, M.Sənani, Bakıxanov küçələri və Vaqif prospekti
Qaz verilişi işlər yekunlaşdıqdan dərhal sonra bərpa ediləcək.