Moody’s: ABŞ-nin yeni tarifləri Azərbaycan iqtisadiyyatına dolayı risklər yarada bilər

Beynəlxalq reytinq agentliyi Moody’s, ABŞ-nin idxal tariflərinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə (o cümlədən Azərbaycan) mümkün təsirlərini qiymətləndirən hesabat dərc edib.
Təhlil.az hesabatda yer alan əsas məqamları təqdim edir:
Hesabata əsasən, ABŞ-nin idxal tariflərinin birbaşa təsir azdır. Azərbaycan ABŞ-yə az miqdarda ixrac edir (cəmi 0.6%), ona görə də yeni tariflərin birbaşa təsiri kiçik olacaq. Tarif 10% səviyyəsində müəyyən edilib. Amma dolayı risklər böyük olduğu bildirilir.
3 əsas risk:
Qlobal ticarət qaydalarının dəyişməsi
Makroiqtisadi qeyri-sabitlik
Maliyyə bazarlarının mənfi reaksiyası
Banklar üçün təhlükə:
İdxal və ixrac zəncirlərində yaranacaq problemlər bank sektorunu və şirkətləri çətin vəziyyətə sala bilər – xüsusilə neftdən kənar sahələrdə fəaliyyət göstərənlər üçün.
Dollar riski:
Azərbaycan banklarındakı əmanətlərin 41%-i dollarla saxlanılır. Bu rəqəm qonşu ölkələrlə müqayisədə nisbətən azdır, lakin yenə də qlobal dollar bazarındakı dəyişikliklərdən təsirlənə bilər.
Müsbət tərəfləri:
Ticarət marşrutları dəyişə bilər. Azərbaycan və Qazaxıstanın logistika qovşağı kimi rolu arta bilər. Bu da yeni investisiya və bank kreditləri üçün imkan yarada bilər.
Nəticə:
Hesabatda bildirilib ki, iqtisadi mühit qeyri-müəyyəndir. Azərbaycan kimi ölkələr diqqətli olmalı, həm riskləri, həm də yeni imkanları qiymətləndirməlidir.