22 aprel

Bakıda sıxlıq yaşanan küçələr – Sürücülər, diqqətli olun!

Bakının əsas küçə və prospektlərində bu gün sıxlıq müşahidə olunur. 

Təhlil.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) açıqladığı məlumata əsasən, hazırda paytaxt yollarının bir çox hissəsində nəqliyyatın hərəkəti ləngiyib.

Ən çox sıxlıq olan ərazilər bunlardır:

Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində

Yusif Səfərov küçəsi – mərkəz istiqamətində

Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər

28 May küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər

Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində

8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəzə doğru

Bakı–Sumqayıt şosesi – "20 Yanvar" metro stansiyası istiqamətində

Babək prospekti – mərkəz istiqamətində

Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində

Koroğlu Rəhimov küçəsi – Heydər Əliyev prospekti və Ak. Həsən Əliyev küçəsi istiqamətində

Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində

Tövsiyə: Əgər bu marşrutlardan istifadə edirsinizsə, alternativ yolları seçmək və ya yola çıxmazdan əvvəl vəziyyəti GPS vasitəsilə yoxlamaq tövsiyə olunur.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.