21 aprel

Daha 893,8 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə aprelin 14-dən 20-dək 9 tank əleyhinə mina, 60 piyada əleyhinə mina, 1 072 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 893,8 hektar ərazi minalardan təmizlənib.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.