İqtisadiyyat Nazirliyində yenilik: vəzifədən getmə və müvəqqəti icra

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Əliyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Təhlil.az xəbər verir ki, Hüseyn Əliyev müxtəlif illərdə Vergilər Nazirliyində, eləcə də Təhsil Nazirliyində yüksək vəzifələrdə çalışıb. O, həmçinin Təhsil nazirinin müşaviri vəzifəsində də fəaliyyət göstərib.
Hüseyn Əliyevin vəzifədən ayrılmasından sonra, İqtisadiyyat Nazirliyində müşavir səlahiyyətlərinin müvəqqəti icrası Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin keçmiş rəhbəri Məmməd Abbasbəyliyə həvalə olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü ilin mart ayında imzaladığı sərəncamla Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilmiş və nəticədə M.Abbasbəyli bu qurumun rəhbəri postunu itirmişdi. Hazırda onun İqtisadiyyat Nazirliyində müşavir səlahiyyətlərini icra etməsi yeni təyinat ehtimalını da gündəmə gətirib.