21 aprel

Eldar Əzizovdan yağışa qarşı yeni təklif: Tunellərə girişə məhdudiyyət qoyulsun

Bakının leysan sularına tab gətirə bilməyən infrastrukturu fonunda, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov fövqəladə addım təklif edib. Güclü yağıntılar zamanı tunellər və körpüaltı keçidlər avtomobillər üçün müvəqqəti bağlana bilər.

Təhlil.az xəbər verir ki, E.Əzizov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım şəhərin həssas infrastruktur zonalarında vətəndaşların həyatı və əmlakının qorunmasına yönəlib. Çünki son illərdə artan iqlim çağırışları və yağıntıların intensivliyi, köhnə kanalizasiya sistemlərinin artıq öhdəsindən gələ bilmədiyini açıq şəkildə göstərir.

"Aprelin 15–16-da yağan güclü leysan barədə əvvəlcədən xəbərdarlıq olsa da, mövcud axıntı sistemi bu təzyiqə dözmədi. Nasoslar maksimum yükləndi, borular isə ötürücülük qabiliyyətini itirdi. Deməli, yeni yanaşmalar və texniki həllərə ehtiyac var", – deyə İcra Hakimiyyətinin başçısı vurğulayıb.

Hazırda şəhərin yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsi əsas prioritetlər sırasındadır. Yeni təklif olunan tədbirlər isə bu dəyişikliklər başa çatana qədər müvəqqəti, lakin vacib təhlükəsizlik addımı kimi qiymətləndirilir.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.