21 aprel

Xəstəlik vərəqəsi elektron olacaq

Mayın 1-dən ölkədə mühüm yeniliyə start verilir – xəstəlik vərəqələri artıq “e-bülleten” formasında tərtib olunacaq. Bu addım kağız sənədlərlə vidalaşmağın və sağlamlıqla bağlı proseslərin daha da sadələşdirilməsinin başlanğıcıdır.

Təhlil.az xəbər verir ki, artıq xəstələndikdə kağız sənədlərlə həkim-həkim gəzməyə ehtiyac qalmayacaq. Xəstəlik vərəqəsi elektron şəkildə hazırlanacaq, e-imza ilə təsdiqlənəcək və birbaşa işəgötürənə, eləcə də Dövlət Sosial Müdafiə Fonduna ötürüləcək.

Əmək qabiliyyətini müvəqqəti itirən və ya hamiləlik, doğum səbəbilə işə gedə bilməyən şəxslər üçün müavinətlərin təyinatı da bu e-sənəd əsasında həyata keçiriləcək.

Yeniliyin üstünlükləri:

Kağız sənəd daşıyıcısı dövrü arxada qalır

Tibb işçiləri və işəgötürənlər üçün vaxt itkisi minimuma enir

Müavinətlərin təyinatı daha sürətli və şəffaf həyata keçirilir

Məlumatlar artıq vahid elektron reyestrdə toplanır

Tibb işçiləri bu sənədlərə “e-Səhiyyə” portalı və mobil tətbiqi vasitəsilə giriş əldə edəcək, işəgötürənlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemindən məlumatları görəcəklər.

Bu yenilik Səhiyyə Nazirliyi, TƏBİB və ƏƏSMN-in birgə əməkdaşlığı ilə həyata keçirilir və ölkənin rəqəmsallaşma istiqamətində növbəti addımı kimi qiymətləndirilir.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.