21 aprel
Bakı ətrafında yol bərbad vəziyyətdə - VİDEO

Zabratdan Balaxanı istiqamətinə dönən yolda yaranan iri və dərin çuxurlar avtomobillərin hərəkətini xeyli çətinləşdirib.
Təhlil.az xəbər verir ki, yolun asfalt örtüyü deformasiyaya uğrayıb — iri və dərin çuxurlar nəqliyyat vasitələrinin alt hissəsini sıradan çıxarır, amortizasiya sistemlərini məhv edir.
Uzun müddətdir təmir olunmayan yol, yağışlı havanın da təsiri ilə daha da bərbad hala düşüb. Sürücülər avtomobillərini tez-tez ustalara aparmaq məcburiyyətində qalırlar və bu da onların büdcəsinə ciddi ziyan vurur.
Avtomobil Yolları Dövlət Agentliyi isə məsələdən xəbərdar olduğunu və yaxın günlərdə təmir işlərinə başlanacağını bildirib.(xəzər tv)