21 aprel

Zelenskidən Rusiyaya 30 günlük atəşkəs jesti

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya mülki infrastruktura qarşı hücumların müvəqqəti dayandırılması ilə bağlı sülh yönümlü təklif irəli sürüb. O, 30 günlük fasilə və bu müddətin uzadılması imkanı ilə Rusiyaya uzaqmənzilli raket və PUA zərbələrinin dayandırılmasını təklif edib.

Təhlil.az xəbər verir ki,  Zelenski “Telegram”da belə yazıb.

“Bu gün hava həyəcanı siqnalları verilmədi. Deməli, bu cür sükut mümkündür və davam etdirilməsi ən asan format ola bilər. Ukrayna, mülki obyektlərə zərbələrin tamamilə dayandırılmasını təklif edir – ən azı 30 günlüyə. Əgər Rusiya bu çağırışa qoşulsa, bu, insani jest kimi qiymətləndiriləcək. Amma əgər imtina etsə, “müharibəni və dağıntını üstün tutduğu” aydın olacaq",- deyə o, qeyd edib. 

Bu təklif müharibənin yeni mərhələsində nəfəs alma imkanı kimi dəyərləndirilir. İndi baxışlar Kremlə yönəlib: Rusiya bu sükutu qəbul edəcək, yoxsa...

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.