Dünən
Sergey Markov: Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər

Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.
Təhlil.az xəbər verir ki, bunu rusiyalı politoloq, Rusiya Federasiyası Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiya və medianın dayanıqlığının gücləndirilməsi” mövzusuna həsr olunmuş 3-cü Şuşa Qlobal Media Forumu ərəfəsində jurnalistlərə bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyev bütün Qarabağ üzərində nəzarəti tam bərpa etməyə və əraziləri azad etməyə nail oldu. Bu baxımdan, digər liderlər onun nümunəsindən dərs ala, zəfərin sirrini anlaya bilərlər. O, çox təcrübəli və ağıllı rəhbərdir”, – deyə S.Markov bildirib.
Dünən