Dünən

Azərbaycan gimnastları Olimpiya festivalı üçün Xorvatiyaya yollanıblar

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycan gimnastları yarışların keçiriləcəyi Xorvatiyanın Osiek şəhərinə gediblər.

Təhlil.az Azərbaycan Gimnastika Federasiyasının məlumatına istinadla xəbər verir ki, EYOF-un proqramında yer alan idman gimnastikası yarışlarında ölkəmizi bir oğlan və üç qız idmançı təmsil edəcək.

Qeyd edək ki, EYOF-2025 çərçivəsində Azərbaycan ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) təmsil olunacaq. Budəfəki festival əvvəlkilərdən fərqli olaraq, iki ölkədə Şimali Makedoniya (Skopye və Kumanovo) və Xorvatiyada (Osiek) keçiriləcək.

Festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində təşkil olunacaq.

Xatırladaq ki, ötən gün digər idmançılarımız festivalda iştirak etmək üçün Şimali Makedoniyanın Skopye şəhərinə yola düşmüşdü.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?