Dünən

İranın yanacaq anbarında güclü yanğın - VİDEO

Dünən axşam saatlarında İranın Sistan və Bəluçistan əyalətinin Səravan şəhərinin Kuhak kəndində yanacaq anbarında güclü yanğın baş verib.

Təhlil.az xəbər verir ki,  Kuhakda yanğınsöndürmə məntəqəsinin olmaması və Əsfəndəkdən göndərilən yanğınsöndürmə avtomobillərinin gecikməsi zərərin artmasına səbəb olub.

Gələn avtomobillərdən biri isə əvvəlcə texniki nasazlıq səbəbindən işə düşməyib və yalnız təmir edildikdən sonra müdaxiləyə başlaya bilib.

Hazırda insan itkisi və ya yaralanmalarla bağlı rəsmi məlumat verilməyib.

Yerli sakinlər bildirirlər ki, bölgədə sabit iş yerlərinin olmaması səbəbilə bir çox insan risklərə baxmayaraq, yanacaq daşımaqla məşğul olur. Bu da bənzər təhlükəli hadisələrin tez-tez baş verməsinə şərait yaradır.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?