Dünən

“Sülh müqaviləsi imzalansa, 10 noyabr bəyanatı tarixə qovuşacaq - AÇIQLAMA

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yalnız iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidi deyil, eyni zamanda 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli (Azərbaycan-Rusiya-Ermənistan) bəyanatın aktuallığını itirməsi deməkdir.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Mənim qənaətimə görə, Bakı və İrəvan arasında sülh müqaviləsi paraflanıb imzalandıqdan və ardınca ratifikasiya olunduqdan sonra 10 noyabr 2020-ci il bəyanatı artıq hüquqi və siyasi baxımdan öz əhəmiyyətini itirəcək. Çünki o sənəd konkret hərbi əməliyyatların dayandırılması və ilkin sabitliyin təmin edilməsi məqsədilə imzalanmışdı. Amma sülh müqaviləsi yeni reallıqlar yaradır və üçtərəfli bəyanata ehtiyac qalmır”, - deyə, diplomat qeyd edib.

Rasim Babayev 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?