17 aprel

1,6 milyardlıq profisit və 1 milyardlıq addım

2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycanın dövlət büdcəsində 1,6 milyard manatlıq artıqlıq (profisit) yaranıb.

Təhlil.az xəbər verir ki, bu o deməkdir ki, dövlətin gəlirləri xərclərindən çox olub. Bu, ölkədə maliyyənin düzgün idarə olunduğunu göstərir.
Bu uğurlu nəticələrin fonunda Maliyyə Nazirliyi ilk dəfə olaraq 1 milyard manatı yerli banklara 3 aylıq depozit kimi yerləşdirib. Məqsəd – həm dövlətə əlavə gəlir qazandırmaq, həm də banklara dəstək olmaqdır.
Bu vəsaitlər banklara daha ucuz kredit vermək imkanı yarada bilər. Hazırda əmanət faizləri 7-9% arası dəyişir. Kreditlər isə ən aşağı 9,5% ilə verilir. Dövlətin bu addımı bank faizlərinin bir qədər enməsinə səbəb ola bilər.
Hələlik nəticələr gözlənilir, amma bu yeni maliyyə üsulu uğurlu olarsa, gələcəkdə də tətbiq edilə bilər.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.