10 aprel
“iPhone”nun qiyməti üç dəfə arta bilər

Əgər “Apple” şirkəti öz mobil telefonlarını Qərbi Virciniya və ya Nyu-Cersidəki zavodda istehsal etmək qərarına gəlsə, cihazın qiyməti 3500 dollar olacaq. Təhlil.az saytı xəbər verir ki, bu barədə “Wedbush” investisiya şirkətinin hesablamalarında qeyd edilib.
Məlumata görə, əgər şirkət istehsalının yalnız 10 faizini ABŞ-yə köçürsə, bu, üç il vaxta və 30 milyard dollara başa gələcək.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara tətbiq olunan rüsumları 125 faizə qaldırıb.