15 aprel

Bank kartları ilə əlaqəli bütün zənglər və mesajlar bloklanacaq?

“Kibertəhlükəsizlik - informasiya təhlükəsizliyidir. Hər kəs təhlükəsizliyi üçün fərdi məlumatlarını qorumalıdır. Çünki, kimdə smartfon varsa internetə çıxışı var”. 

Təhlil.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

Qurum rəsmisi bildirib ki, internetə çıxışı olan hər bir şəxs cinayətkarların tələsinə düşə bilər:

“Risk qaçılmazdır. Cəlbedici olan, bank kartlarınızda olan pul vəsaitləridir. Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır. Əks halda aldadıb pulunuzu oğurlayacaqlar”.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.