09 aprel

Tramp Çinə ticarət rüsumlarını 125%-ə qaldırıb

ABŞ administrasiyası dərhal Çinə ticarət tariflərini 125%-ə qədər artırır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

"Çinin qlobal bazarlara hörmət etmədiyini nəzərə alaraq, mən ABŞ-nin tətbiq etdiyi rüsumları dərhal 125%-ə qaldırıram", - Tramp qeyd edib.

Bundan əvvəl Tramp qeyd etmişdi ki, Çin uzun müddətdir davam edən “ticarət pozuntuları”na əlavə olaraq sabaha qədər 34%-lik artımı ləğv etməzsə, ABŞ aprelin 9-dan etibarən Çinə əlavə 50%-lik tarif tətbiq edəcək. 

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.