04 iyun
Science: “Dünya ümumi buzlaq kütləsinin 76%-ini itirə bilər”

Son araşdırmaların nəticələrinə əsasən, dünya buzlaqları dəhşətli vəziyyətdədir və onların ümumi kütləsinin təxminən 40%-i qlobal temperaturun yüksəlməsi dərhal dayansa belə, artıq yox olmağa məhkumdur. Təhlil.az xəbər verir ki, bu tendensiya artıq qaçınılmazdır və çox güman ki, nəticədə qlobal dəniz səviyyəsi 113 millimetr yüksələcək.
“Science” jurnalında dərc olunan məqaləyə görə, dünya qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlaya bilməyən hazırkı iqlim siyasətinə davam edərsə, itkilər 76%-ə yüksələcək. Sonuncu ssenari suvarma, enerji və içməli su təminatı üçün buzlaqlardan istifadə ölkələr üçün fəlakətli ola bilər.
Hikmət Həsənov
05 iyun