04 iyun

İzmirdə tətil dalğası: 3 şirkət, 23 min narazı işçi

İzmirin bələdiyyə şirkətləri olan İZELMAN, İZENERJİ və Egeşehir-də çalışan təxminən 23 min işçi maaş bərabərliyi tələbi ilə tətilə çıxıb.

Təhlil.az xəbər verir ki, aksiyanı Türkiyə İnqilabçı Həmkarlar İttifaqları Konfederasiyasına (DİSK) bağlı Genel-İş təşkil edib.

Tətilə səbəb bələdiyyənin tabeliyindəki müxtəlif şirkətlərdə maaş fərqləri olub: bəzi qurumlarda aylıq maaş 59–81 min lirə arasında dəyişdiyi halda, tətil edən şirkətlərin işçiləri 36–40 min lirə alır.

Həmkarlar ittifaqı 45% maaş artımı təklif etsə də, bələdiyyə yalnız 29%-ə razılaşıb, bu isə rədd edilib. İzmirin CHP-li meri Cemil Tugay tətili “məntiqsiz” adlandıraraq ittifaqı şəhər sakinlərinə zərər vurmaqda günahlandırıb.

Tətil, eyni zamanda, şəhərdəki siyasi parçalanmanı da üzə çıxarıb. CHP rəhbəri Özgür Özəl həm işçilərin, həm də meriyanın haqlı cəhətlərinin olduğunu desə də, hakim AKP-nin millət vəkili Şebnem Bursalı CHP-ni peşəkarlıq çatışmazlığında ittiham edib.

Tətilin nə zaman bitəcəyi hələlik məlum deyil.

 

 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.