03 iyun

Harvarddan Ağ Evə qarşı 2,5 milyard dollarlıq iddia

ABŞ-nin ən nüfuzlu ali təhsil müəssisəsi Harvard Universiteti hökuməti məhkəməyə verib.

Təhlil.az xəbər verir ki, səbəbi 2,5 milyard dollarlıq dondurulmuş maliyyə vəsaiti ilə bağlı olub. Belə ki, universitet bu vəsaitin bərpası üçün Bostondakı ABŞ Dairə Məhkəməsinə rəsmi iddia təqdim edib və dövlətin atdığı addımı qanunsuz hesab edib. 

Harvardın iddiasına görə, son aylarda ABŞ administrasiyası tərəfindən tədqiqat layihələrinin maliyyələşdirilməsinə 957 fərqli məhdudiyyət tətbiq olunub. Söhbət təkcə universitetin ümumi büdcəsindən yox, xərçəng və infeksion xəstəliklərin müalicəsi, milli təhlükəsizliklə bağlı kritik elmi layihələrdən gedir.

İddia sənədində qeyd olunur ki, bu məhdudiyyətlər 2024-cü ilin aprelindən etibarən tətbiq edilməyə başlanıb və bu, ali təhsilin müstəqilliyinə, eləcə də fundamental elmi araşdırmalara ciddi zərbə vurur.

Mütəxəssislər bu hadisəni “elmlə siyasət arasında yeni gərginlik xətti” kimi dəyərləndirirlər. ABŞ-də federal maliyyə ilə çalışan universitetlərlə hökumət arasında münasibətlərin bu qədər gərginləşməsi son illərdə nadir hallarda müşahidə olunub.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.