Yeni cırtdan planet tapıldı

Amerikalı astronomlar Günəş sisteminin ucqar bölgəsində diqqətçəkən və potensial baxımdan əhəmiyyətli bir kəşfə imza atıblar. 2017 OF201 adlı yeni trans-Neptun obyekti (TNO) elmə məlum olan cırtdan planetlər sırasına əlavə edilə bilər. Bu, son illərdə kosmos tədqiqatlarında ən ciddi yeniliklərdən biri hesab olunur.
Təhlil.az xəbər verir ki, tədqiqatçılar bu obyektin varlığını teleskop arxivlərindəki məlumatları araşdıraraq təsdiqləyiblər. Təxminən 700 km diametrə malik bu səma cismi ölçülərinə və orbitinə görə Ceres, Eris və Makemake kimi artıq tanınmış cırtdan planetlər kateqoriyasına daxil edilə bilər.
Ən maraqlısı isə odur ki, bu obyekt Günəş ətrafında tam bir fırlanmanı yalnız 25.000 ilə tamamlayır. Bu qədər uzaq məsafə və yavaş dövr onu Günəş Sisteminin ən ekstremal iştirakçılarından birinə çevirir.
Mütəxəssislər bildirirlər ki, 2017 OF201 həm ölçüsünə, həm də dinamik xüsusiyyətlərinə görə Plutondan sonra bu bölgədə ən önəmli obyekt ola bilər. Əgər o, rəsmi şəkildə cırtdan planet kimi təsdiqlənsə, bu, Günəş sisteminin sərhədləri və strukturu ilə bağlı bir çox elmi sualların yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.