03 iyun

Los-Ancelesdə erməni mafiyasına qarşı əməliyyat

Los-Ancelesdə 14 erməni mafiya üzvü 30 milyon dollar COVİD-19 yardımı oğurladıqları üçün həbs edilib.

Təhlil.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Los-Ancelesdə transmilli mütəşəkkil cinayətkarlığa qarşı iki həftə ərzində ikinci böyük reyd keçirib. Bu dəfə hədəf, kiçik biznesə yardım fondlarından və COVID qrantlarından 30 milyon dollar oğurlamış erməni cinayət qrupu olub.
Əməliyyat səhər tezdən başlayıb. Ermənistan əsilli Uilyam Makqrayan əllərini yuxarı qaldıraraq evindən çıxıb təslim olduqdan sonra saxlanılıb. Məlumata görə, Makqrayan erməni quldur dəstələri ilə əlaqəsi olduğunu iddia edib və bir adamı silah və beyzbol dəyənəyi ilə hədələyib. Müstəntiqlər hesab edirlər ki, o, dövlət yardımı üçün saxta ərizələr təqdim edən sxemin arxasında duran “beyin” olub: cinayətkarlar saxta bank və vergi sənədlərindən istifadə edərək, dövlət vəsaitlərini ələ keçirən uydurma şirkətlər yaradıblar.
Saxlanılan 14 nəfərdən 13-ü əslən Ermənistandan olan ABŞ vətəndaşıdır. Onlardan biri deportasiya oluna bilər. Saxlanılan şəxslər dindirilmək və qeydiyyata alınmaq üçün xüsusi mərkəzə aparılıb.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.